STATİSTİK MƏLUMATLAR

2014-2015-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Qaynar Xətti”nə

daxil olmuş müraciətlər və vətəndaşlara verilmiş cavablar barədə

 

Məlumat

2014-cü il üzrə

 

Kənd Təsərrüfatı Nazirliyinin “Qaynar Xətt”-i   24 yanvar 2014-cü il tarixli 09 nömrəli  əmrə əsasən  yaradılmış və  nazirliyin 14 fevral 2014-cü il tarixli 17 nömrəli əmri ilə təsdiq edilmiş təlimata uyğun olaraq  28.01.2014-cü il tarixdən etibarən   müraciətlərin qeydiyyatı  aparılmışdır.

İl ərzində “Qaynar Xətt”-ə daxil olan  müxtəlif məzmunlu 852 müraciət qeydə alınmışdır. Daxil olmuş müraciətlərdə  qaldırılan  məsələlərə aydınlıq gətirilmiş, cavablandırılması operativlik tələb edən sorğular əsasında məsləhət-informasiya xidməti göstərilmişir.

 Daxil olan şikayət xarakterli, araşdırılması üçün müəyyən vaxt  tələb olunan müraciətlər məzmununa uyğun olaraq aidiyyatı üzrə  nazirliyin müvafiq xidmət və şöbələrinə təqdim edilmişdir.

Təlimata uyğun olaraq daxil olan müraciətlər  ümumiləşdirilmiş, təhlil olunaraq  hər həftənin sonu hesabat şəklində  Aparatın rəhbərinə və ayın yekununda isə  Nazir müavinlərinə təqdim edilmişdir.

Cənab nazir Heydər Əsədovun regionlarda vətəndaşları qəbul etməsi ilə əlaqədar 38 müraciət (4,46%) daxil olmuş və Aparatın Informasiya mətbuat və ictimaiyyətlə əlaqə sektoru vasitəsi ilə  həmin şəxslərin regionlarda keçirilən görüşlərdə  cənab Nazir tərəfindən qəbul edilməsinə şərait yaradılmışdır.

Taxıl biçini mövsümündə kombaynlara olan tələbatın ödənilməsi ilə əlaqədar daxil olmuş 48 müraciət (5,63%)  haqqında “Aqrolizinq” ASC-nin Qaynar Xətti, eyni zamanda taxıl biçini ilə bağlı rayonlarda fəaliyyət göstərən işçi qruplar məlumatlandırılmış, nəticədə müraciət edən şəxslərin taxıl sahələrinin biçilməsi  üçün Aqroservislər tərəfindən kombaynların vaxtında ayrılmasına köməklik göstərilmişdir.

Güzəştli qaydada gübrə satışı ilə bağlı daxil olmuş 64 müraciətdə (7,5%) gübrələrin güzəştli satış qiymətləri sorğu edilmişdir. Eyni zamanda  açıq satışda “Ammonium nitrat”,“Nitroammofoska”,”Ammofos” və “Superfosfat” gübrələrinin  olduğu halda, bu adda gübrələrin güzəştli qiymətlərlə “Aqrolizinq” ASC-nin satış bazalarında olmadığını və yaxud alınmasının çətinləşməsini  bildirilmişlər.

 Gübrə satışı ilə bağlı   müraciətlər “Aqrolizinq” ASC-nin Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışı şöbəsinə yönəldilmiş və satış bazalarına bildirməklə  həmin şəxslərə müvafiq köməklik göstərilmişdir.

Güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərdən istifadə etməklə bağlı 36 nəfər ( 4,2%) müraciət  edən şəxsə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd  Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi  üzrə Dövlət Xidmətinin kredit ayırdığı müvəkkil banklar barədə və  həmin bankların kredit siyasəti haqqında məlumat verilmişdir.

Əkin  və bağ sahələrinin suvarılması ilə əlaqədar daxil olmuş 256  müraciət (30%) barəsində mütəmadi olaraq Aparatın Torpaqdan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsi məlumatlandırılmış, şöbə vasitəsi ilə, həm də bir başa   müraciətlər Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma Sistemlərinin İstismarı şöbəsinə yönəldilmişdir.

Subsidiyaların verilməsi, kənd ərazi komissiyaları tərəfindən sənədlərin saxtalaşdırılması və torpaq mülkiyyətçilərindən qəbul edilməsində qarşıya çıxan çətinliklər barədə 78 müraciət (9,2%) aidiyyatı üzrə Aparatın Aqrar islahatlat, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinə ünvanlanmış və sorğularda qaldırılan məsələlərə aydınlıq gətirilmişdir.

Torpaq islahatı nəticəsində mülkiyyətçilərə verilmiş pay torpağının faktiki  ölçüsü ilə, dövlət aktındakı ölçüsü arasında uyğunsuzluq, əkinə yararlı sahə kimi vətəndaşlara paylanmış torpaq sahələrinin əslində əkinə yararlı olmaması, Bələdiyyə mülkiyyətinə və Dövlət Fonduna aid edilən sahələrdən torpaq icarəsi, torpaqların təyinatı üzrə istifadə edilməməsi barədə daxil olmuş 70 müraciət (8,2%) Aparatın Torpaqdan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsi vasitəsilə aidiyyatı üzrə  baxılması üçün Dövlət  Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlanmışdır.

Kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların lizinqi, lizinqə verilmiş texnikaların dəyərinin ödənilməsinə tətbiq edilən güzəştlər, “Aqrolizinq” ASC-nin elektron səhifəsində yeni texnika almaq və güzəştin tətbiqi ilə bağlı elektron qeydiyyat barədə 64(7,5%)  müraciət daxil olmuşdur. Texnikaların dəyərinə tətbiq edilən güzəştin mexanizmi, elektron qeydiyyatın aparılma qaydası barədə təfsilatı ilə izahat verilmiş və sənədləşdirmə işlərinin aparılması üçün müraciətlər “Aqrolizinq”ASC-yə yönəldilmişdir.

Heyvandarlıq və bitkiçilik təsərrüfatlarında xəstəliklər, xəstəluiklərin profilaktikası  və mübarizə tədbirlərinin aparılması  üçün 102(11,9%) müraciət daxil olmuşdur. İri buynuzlu mal-qara arasında “Modulyar Dermatit” xəstəliyinin yayılmasının qarşısının alınması və müalicə tədbirlərinin aparılması məqsədi ilə daxil olan müraciətlər əsasında Dövlət Baytarlıq Xidməti vasitəsi ilə  aidiyyatı  rayonların  baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilmişdir.

 Bitkiçilik təsərrüfatlarında qeydə alınan xəstəliklər barədə daxil olan müraciətlər barədə  Respublika Bitki Mühafizə Stansiyası, eyni zamanda aidiyyatı rayonların bitki mühafizə idarələri xəbərdar edilmişlər.

Özəl toxumçuluq təsərrüfatlarının  inkişaf etdirilməsi, sertifikatlaşma, toxum idxalı və satışı ilə əlaqədar 19 müraciət (2,2%) daxil olmuş və bu müraciətlərin hər biri haqqında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə məlumat verilmiş, zəruri məsləhət informasiya xidməti və toxuma olan təlabatın ödənilməsi üçün praktiki köməklik göstərilmişdir.

Kənd təsəsrrüfatı məhsullarının marketinqi, istehsalçıların öz məhsullarını yarmarkalara çıxarması barədə “Qaynar xəttə” daxil olan  16 müraciət (1,8%) əsasında həmin şəxslərə Bakı şəhərinin müxtəlif yerlərində şənbə və bazar günləri təşkil olunan yarmarkalara məhsul çıxarmağa köməklik göstərilmişdir.

Bununla bərabər “Aqrolizinq” ASC-nin rayon filialları tərəfindən göstərilən xidmətlərin (şumlama, mala çəkmə, səpin, biçin, presbağlama və s.) qiymətləri barədə 12 müraciət (1,4%) daxil olmuş və “Aqrolizinq” ASC-nin xidmət tarifləri barəsində açıqlama verilmişdir.

Dövlət qulluğuna qəbul, işdən çıxarılma, əmək haqqı borclarının ödənilməsi ilə əlaqədar daxil olan 19 müraciət (2,2%) də müvafiq qaydada cavablandırılmışdır.Təbii fəlakətin nəticələrinin aradan qaldırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi, Dövlət Fitosanitar Nəzarət Xidmətinə rüsum ödənilməsi, ət kəsimi məntəqələrində mənşəyi bilinməyən ətlərin paylanması, Aqrar Universitetdə təqaüdlərin verilməsinin gecikdirilməsi, Ərazi Kənd Təsərrüfatı İdarələrinə müraciətlər, Baytarlıq apteklərinə lisenziya verilməsi, Damazlıq toyuq cinslərinin idxalı ilə bağlı  daxil olan 30 müraciət (3,5%) sair müraciətlər kimi təsnifatlaşdırılmış və təlimata müvafiq olaraq məsləhət-informasiya xidməti göstərilmişdir.

2014-cü il üzrə

 

 

2015-cü il ərzində  Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 4471 müraciət qeydə alınmışdır. Müraciət edən  106 nəfər  cənab nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda  istirak etmək istədiklərini bildirmişlər. Həmin şəxslər barəsində müvafiq qeydiyyat aparılmış, 2015-ci il ərzində cənab nazirin respublikanın regionları üzrə vətəndaşların qəbul qrafikinə uyğun olaraq iştirakları təmin edilmişdir.

Daxil olan 87 müraciətdə Bərdə, Ağcabədi və İmişli rayonlarında “Ətlik-südlük istiqamətli  müasir ailə fermer təsərrüfatlarının  yaradılması” üzrə həyata keçirilən pilot layihənin  əhatə  dairəsinin genişlənməsi imkanları barədə suallar verilmiş və eyni məzmunlu layihələrin digər rayonlarda da  həyata keçirilməsinə köməklik göstərilməsi Nazirliyin rəhbərliyindən xahiş edilmişdir. Həmin sorğular  əsasında müvafiq izahat  aparılmışdır.

Mağazalarda və şəhər bazarlarında süni qiymət artımının müşahidə olunması  və onun qaşısının alınması barədə 127 müraciət daxil olmuşdur. Kənd təsərrüfatı məhsullarının satışında süni qiymət artımının qarşısının alınması üçün şənbə və bazar günlərində Bakı şəhərinin müxtəlif ərazilərində yarmarkaların təşkili barədə məlumat verilmiş , mağazalarda satılan digər ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Məlumat Mərkəzinə müraciət etmək tövsiyə edilmişdir.

Il ərzində “Çağrı Mərkəzi”nə  daxil olmuş 551 müraciətdə  yeni kənd təsərrüfatı texnikarını almaq  üçün texnikanın dəyərinin 10% həcmində ödənişlərin qəbul edilməməsi, dəyərinin 20%-i həcmində ödəniş tələb olunması,  növbəlilik cədvəlinin pozulması, aqrotexniki tədbirlər üçün Aqroservis Filiallarına edilmiş müraciətlər əsasında vaxtında texnika ayrılmaması ilə əlaqədar sorğular daxil olmuşdur. Bu müraciətlər əsasında “Aqrolizinq” ASC-nin müvafiq şöbələri ilə əlaqə yaradılmış, və şikayət xarakterli müraciətlərin araşdırılması üçün Müraciət vərəqləri tərtib edilərək “Aqrolizinq” ASC-yə təqdim olunmuşdur.

Gəncə Avtomobil Zavodunda istehsal edilmiş traktorlarda zəmanət müddətində texniki nasazlıq yaranması ilə bağlı 83 müraciət daxil olmuşdur.  Müraciətlərdə  servis xidməti tərəfindən texnikaların zəmanət müddətində baş vermiş  nasazlıqların aradan qaldırılması zamanı təmir işlərinin traktorların bütün hissələrinə şamil olunmaması məsələsi qaldırılmışdır.

Digər tərəfdən texnikalarda zəmanət müddətində baş vermiş texniki nasazlıqla əlaqədar  daxil olan müraciətlərə servis xidməti əməkdaşlarının  çevik yanaşmaması və təmir işlərinin xeyli uzanması barədə məlumatlar verilmişdir. Hər bir müraciət haqqında fərdi olaraq Servis xidməti məlumatlandırılmış, müraciət edən şəxslərə zəmanət müddətində ancaq mühərrik, sürətlər qutusu, arxa və qabaq körpülərin servis tərəfindən təmir edildiyi bildirilmişdir.

Daxil olmuş 633 müraciətdə subsidiya  sənədlərinin təqdim edilməsində gecikmə olduğu üçün, yəni sənədlərin qəbul edilmə müddətinin  son tarixindən(25 may) sonra təqdim edilməsi və Kənd Ərazi Komissiyaları tərəfindən qəbul edilməməsi, yonca əkinləri üçün növbəti illər üçün subsidiyaların verilməsinin mümkünlüyü, kart hesablarına köçürülmüş vəsaitlərin faktiki əkin sahələrini tam əhatə etməməsi, yanacaq və motor yağlarına görə verilən subsidiyaların 50% həcmində kart hesablarına köçürülməsi və ikinci yarısının nə zaman veriləcəyi ,təkrar əkinlər üçün  subsidiyaların   verilməsinin  nə zaman mümkün olacağı barədə sorğular daxil olmuşdur.

Subsidiyalarla bağlı bütün istiqamətlər üzrə daxil olan sorğular cavablandırılmış, araşdırma tələb edilən müraciətlər üzrə Müraciət vərəqi yazılmış və   Kənd təsərrüfatına dövlət dəstəyi şöbəsinə təqdim edilmişdir.

Taxıl biçini mövsümündə taxılyığan kombaynlara olan təlabatın ödənilməsi, eyni zamanda taxıl biçini , şum və presbağlama üçün Aqroservislər tərəfindən “Aqrolizinq” ASC-nin müəyyən etdiyi rüsumlardan artıq rüsumlar tələb olunması ilə bağlı 326 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlər barəsində “Aqrolizinq”ASC-nin Regional nümayəndəlikləri məlumatlandırılmış və taxıl sahələrinin  biçilməsi üçün kombaynlar, şumun qaldırıması üçün traktorlar, presbağlama üçün avadanlıqların ayrılmasına  və ödəniləcək rüsumların müəyyən edilmiş tariflər çərçivəsində tənzimlənməsinə şərait yaradılmışdır.

Hesabat dövrü ərzində Çağrı Mərkəzinə daxil olmuş 345  müraciət  əkin və bağ sahələrinin suvarılmasına  köməklik göstərilməsi, artezian quyularının təmir edilməsi, suvarma suyu üçün müəyyən edilmiş  rüsumdan artıq rüsum tələb edilməsi, suvarma kanallarının  və şor suların axıdıldığı kollektorların  uzun müddət təmizlənməməsi ilə  əlaqədar qeydə alınmışdır. Suvarma ilə bağlı daxil olan  müraciətlər aidiyyatı üzrə baxılması üçün  Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma Sistemlərinin İstismarı şöbəsinə yönəldilmişdir.

           Daxil olan 139 müraciətdə torpaq icarəsi, torpaq payının faktiki ölçüsünün dövlət aktındakı ölçüsü ilə uyğun olmaması, torpaq analizlərinin aparılması barədə sorğular daxil olmuş və qanuna müvafiq qaydada cavablandırılmışdır. Torpaq icarəsi və torpaq payının ölçüsü ilə əlaqədar mübahisələrin həll olunması üçün yerli icra hakimiyyəti orqanlarına, torpaq analizlərinin aparılması ilə bağlı rayon  aqrokimya laboratoriyalarına və Elmlər Akademiyaının Torpaqşünaslıq və aqrokimya institutuna və Nazirliyin Elmi Tədqiqat Əkinçilik İnstitutuna müraciət etmək tövsiyə olunmuşdur.

Daxil olan 131 müraciətdə güzəştli şərtlərlə kreditlərin verilməsindəki çətinliklər,  xüsusi ilə müvəkkil bankların müştərilərin yaşadıqları ərazilərdə təqdim etdikləri girovlarla razılaşmaması məsələləri qaldırılmışdır. Güzəştli şərtlərlə kreditlərin verilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 14 may 2007- ci il tarixli 75 nömrəli qərarı əsasında izahat işləri aparılmış və hazırda limiti olan müvəkkil banklar haqqında məlumat verilmişdir.

İl ərzində daxil olan 349 müraciətdə Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının fəaliyyətinin  bərpa olunması, xüsusən də Yasamal rayonu ərazisində yarmarkanın yenidən  açılması və  şəhərinin digər ərazilərində də yarmarkaların açılmasına köməklik göstərilməsi xahiş edilmişdir.  

Çağrı Mərkəzinə daxil olan  197 müraciətdə gübrələrin güzəştli qiymətə satış qiymətləri dəqiqləşdirilmiş, son günlərdə isə müvəqqəti olaraq dayandırılmış gübrə satışının yenidən  bərpa olunması Nazirliyin Rəhbərliyindən xahiş edilmişdir.

 10 oktyabr 2015-ci il tarixdən 10 noyabr 2015-ci il tarixlərdə Arıçılıq məhsullarının sərgi satış yarmarkası ilə əlaqədar  576 müraciət  (450 nəfər elektron qeydiyyat, 126 müraciətdə isə balın analizinin nəticəsi, yarmarkaya əlavə bal gətirmək, müştəri qıtlığı, yerin münasib olmaması, reklamın gücləndirilməsi) qeydə alınmışdır.

Qeydiyyatla bağlı məlumatlar gün ərzində Zona Baytarlıq Laboratoriyalarına verilmiş, digər  müraciətlər haqqında “Bal” yarmarkanın keçirilməsinə məsul şəxslər məlumatlandırılmışlar.

 Daxil olan digər 85 müraciətdə isə kənd təsərrüfatının müxtəlif sahələri əhatə edən sorğular qeydə alınmış və qanuna müvafiq qaydada cavablandırılmışdır.

          Çağrı Mərkəzinə daxil olan 67 müraciət taxıl və tərəvəz toxumuna olan tələbatın ödənilməsi barədə məlumatlar daxil olmuş və bu müraciətlər Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti xidməti ilə əlaqələndirilmişdir.

Qeydə alınmış 183 müraciətdə  Baytarlıq Nəzarəti Xidməti tərəfindən profilaktiki tədbirlərin gücləndirilməsi və son vaxtlar DBNX-nin tətbiq etdiyi rüsumların artırılması barədə məlumatlar daxil olmuşdur. Bu müraciətlər barəsində aidiyyatı üzrə  Dövlət Baytarlıq Nəzarəti Xidməti Xidməti  məlumatlandırılmışdır.

Çağrı Mərkəzinə daxil olan 23 müraciətdə  istehsal edilmiş pambığın vaxtında yığılması, satılması və dəyərinin ödənilməsindəki problemlər barədə məlumatlar verilmiş və həmin şəxslərə tövsiyə olunmuşdur ki, bu məsələlər hüquqi müstəvidə həll oluna bilər, odur ki, aidiyyatı orqanlara müraciət etsinlər.

 Fitosanitar nəzarət xidmətinin rüsumları barədə  86, damazlıq heyvanların idxalı və süni mayalanma  nəticəsində doğulan buzovlar  üçün heyvan sahiblərinə kompensasiya ödənilməsi tədbirləri ilə əlaqədar 98 müraciət qeydə alınmışdır. Bu barədə ətraflı izahat verilmiş, süni mayalanma nəticəsində doğulan buzovlar üçün kompensasiya verilməsinə 2016-cı ildən başlanacağı bildirilmişdir. Daxil olan 69 müraciətdə texnikalara texniki baxışın keçirilməsi, dövlət nömrə nişanlarının və sürücülük vəsiqəsinin verilməsi rüsumları sorğu edilmiş və bu barədə Nazirliyin saytının sorgu-sual bölməsində məlumat verildiyi bildirilmişdir. 

Bununla yanaşı daxil olan 27 müraciətdə lisenziya məsələləri, 48 müraciətdə Aqroservislərdə əmək haqqı borcu və işə qəbul məsələləri, 29 müraciətdə kənd təsərrüfatının sığortalanması məsələləri, 24 müraciətdə Aqroparkların yaradılması, 19 müraciətdə sahibsiz itlərə sığınacaq verilməsi sorgu edilmiş və müvafiq qaydada cavablandırılmışdır.

İl ərzində Çağrı Mərkəzində qeydə alınan  63 müraciətdə  təşəkkür zəngləri qeydə alınmış,  şikayətlərə operativ qaydada baxıldığı və qaldırılan məsələlərin həllinə köməklik göstərildiyi üçün Nazirliyin rəhbərliyinə minnətdarlığın çatdırılması xahiş edilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin "Qaynar Xətti"nə 2014 - cü il ərzində daxil olmuş  müraciətlərin təsnifatı                                                                    
Müraciətin məzmunu sayı
1 Cənab nazir Heydər Əsədovun  regionlarda vətəndaşları qəbul etməsi ilə bağlı müraciətlər 38
2 Taxıl biçini üçün kombaynlara olan ehtiyacın ödənilməsi 48
3 "Aqrolizinq" ASC-nin xidmət tarifləri ilə bağlı müraciətlər 12
4 Güzətli qiymətə gübrə satışının təşkili 64
5 Güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərdən istifadə 36
6 Təbii fəlakətin nəticələrinin aradan qaldırılması 6
7 Sahibsiz itlərin zərərsizləşdirilməsi 2
8 Dövlət Fitosanitar Nəzarət Xidmətinə rüsumun ödənilməsi 1
9 Əkin , bağ sahələrinin suvarılmasında və içməli  su təminatındakı çətinliklər 256
10 Subsidiya sənədlərinin saxtalaşdırılması, sənəd qəbulunda çətinliklər  78
11 Torpaq islahatının nəticələri və torpaq alqı satqısı, torpaq paylarında tikinti işləri,  sərhəd zolağında əkinlər barədə 70
12 Ət kəsimi məntəqələrində mənşəyi bilinməyən ətlərin satılması 7
13  K/T texnikası , damazlıq heyvanların lizinqi,  təlim kursları,  lizinqə  verilmiş texnikalara tətbiq edilə biləcək güzəştlər  64
14 Özəl toxumçuluq və damazlıq təsərrüfatlarının inkişafı, sertifikatlaşma, toxum idxalı və satışı.Toxumla təminat 19
15 K/T məhsullarının marketinqi. Bakı şəhərində təşkil edilən yarmarkalara məhsul çıxarılması.  16
16 Aqrar Universitetdə təqaüdlərin  verilməsinin gecikdirilməsi 2
17 Heyvandarlıq və bitkiçilik təsərrüfatlarında xəstəliklər 102
18 Dövlət qulluğuna qəbul,  əmək haqqı borcları, maddi köməklik, əmək veteranı kitabçası və işdən azad edilmə barədə 19
19 Ərazi Kənd Təsəsrrüfatı İdarələrinə  müraciətlər(işlə təmin olunma barədə) 8
20 Baytarlıq Apteklərinə lisenziya verilməsi barədə 1
21   Damazlıq toyuq cinslərinin idxalı 3
  Cəmi  852

 

 

 

                                

                                   Aylar üzrə diaqram 2015

                                   Yanvar -sentyabr 2016 Qrafikle  

                                   Yanvar -Iyun  2017 Qrafiklə