XIDMƏT HAQQI TARİFLƏRİ

    

                                                                                                                 

 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

Qərar № 18

Bakı şəhəri, 25 iyul 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli, iclasının protokoluna əsasən qərara alır:

I. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tabeliyində olan idarə və təşkilatlar tərəfindən göstərilən pullu xidmətlərin aşağıdakı tarifləri təsdiq edilsin:

Sıra №-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər (manatla, ƏDV-siz)

I.

Karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi

   

1.

Toxum materialları (bütün növlər), dərman bitkiləri

1 ton

0,10

2.

Əkin materialları, meyvələr, tərəvəzlər, dənli və dənli paxlalı bitkilər, çay, kofe, kakao, meyvə quruları, ədviyyatlar və digər məhsullar, yemlik və digər texniki yüklər, taralar

1 ton

0,03

3.

Şəkər, un və onlardan hazırlanan məmulatlar

1 ton

0,01

4.

Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər

1 ton

0,03

5.

Meşə materialları

1 m3

0, 01

6.

Əl yükləri kimi və ya müşayiət olunan baqajla gətirilən bitki və bitkiçilik materialları

100 kq-dan –1 tonadək

0,10

II.

Bitki və bitki mənşəli məhsulların ticarəti ilə məşğul olan pərakəndə və topdansatış mərkəzlərində fitosanitar karantin tədbirlərinin həyata keçirilməsi

   

1.

Əkin materialları, meyvələr, tərəvəzlər, dənli və dənli paxlalı bitkilər, çay, kofe, kakao, meyvə quruları, ədviyyatlar və digər məhsullar, yemlik və digər texniki yüklər

Bir növ
Bir partiya

0,20

2.

Toxum materialları (bütün növlər)

Bir növ
Bir partiya

0,30

3.

Şəkər, un və onlardan hazırlanan məmulatlar, yemlik və digər texniki yüklər

Bir növ
Bir partiya

0,10

4.

Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər

Bir növ
Bir partiya

1,00

5.

Dərman bitkiləri və meşə materialları

Bir növ
Bir partiya

0,05

III.

Karantin nəzarətində olan bitki və bitki mənşəli məhsullardan götürülmüş nümunələrin karantin ekspertiza laboratoriyasında müayinəsi

   

1.

Toxumlar (bütün növlər) və əkin materialları

1 nümunə

0,75

2.

Meyvələr, tərəvəzlər, digər bitkilər və meşə materialları

1 nümunə

0,65

3.

Çay, kofe, kakao, meyvə quruları, ədviyyatlar və digər məhsullar, dənli və dənli paxlalı bitkilər, yemlik və digər texniki yüklər, dəri, yun, barama və digərləri

1 nümunə

0,60

4.

Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər, torf, torpaq və torpaq süpürüntüləri, boş və dolu anbarlardan, səyyar və kiçik ölçülü kameralardan, saxlanma yerlərindən və ətraf ərazilərdən götürülmüş nümunələrin müayinəsi

1 nümunə

0,70

5.

Dərman bitkiləri

1 nümunə

0,90

 

 

   

Ölçü vahidi

Tariflər (manatla)

Yüksək sirayət-lənmə dərəcəsi

Orta sirayət-lənmə dərəcəsi

Zəif sirayət-lənmə dərəcəsi

VI.

Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi

       

1.

Əkin (tinglər, soğanaqlar və s.) və toxum materialları (bütün növlər), dərman bitkiləri

1 ton

2,00

1,00

0,10

2.

Bütün növ yemlər, dənli və paxlalı bitkilər

1 ton

1,20

0,60

0,10

3.

Texniki yüklər və digər materiallar (tütün, pambıq, biyan, dəri, yun, barama və s.)

1 ton

1,50

0,80

0,10

4.

Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər, taralar

1 ton

1,00

0,40

0,10

5.

Meşə materialları

1 mі

1,00

0,50

0,10

VII.

Anbarlar, səyyar və kiçik ölçülü kameralar, nəqliyyat vasitələri, saxlanma yerləri, istixanalar, torpaq və ətraf ərazilərin zərərsizləşdirilməsi

       

1.

Fumiqantla

1 mі

1,00

0,03

0,01

2.

Aerozol formalı pestisidlə

1 mі

0,10

0,02

0,01

3.

Maye formalı pestisidlə

1 mі

0,08

0,02

0,01

4.

Dezinfeksiya üsulu ilə

1 mі

0,10

0,05

0,01

 

Qeydlər:

1. III bölmədə mikoloji (xəstəliktörədici), entomoloji (zərərverici), herboloji (alaq toxumu), virusoloji, bakterioloji, fitohelmintoloji (nematod), rentgenoskopiya və lüminessensiya laborator müayinə üsullarının növündən asılı olmayaraq hər bir fitosanitar xidməti üzrə vahid tarif tətbiq olunur.

2. Tələb olunan karantin xidmətinin aparılması üçün dəvət olunan mütəxəssisin ezamiyyə xərcləri və karantin nəzarətində olan yüklərin idxal-ixracına icazə sorğusu ilə əlaqədar telefon, teleqraf (rabitə) xərcləri, yük sahibi tərəfindən sənədlərə əsasən əlavə ödənilir.

II. Bu qərar 01 sentyabr 2007-ci il tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

H. BABAYEV

30 iyun 2009-cu il tarixli, 1 nömrəli Qərara əsasən dəyişikliklərlə